Səbail Qarabağa, Neftçi Zirəyə qarşı

23.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Premyer Liqada 14-cü turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Əvvəlcə “Səbail” öz meydanında son çempion “Qarabağ”ı qəbul edəcək. Bu matçda Cavid Hüseynov “Səbail”in baş məşqçisi kimi debüt matçına çıxacaq.

Hazırda turnir cədvəlində 9-cu olan paytaxt klubu qələbə qazanacağı halda, “Neftçi”ni geridə qoyacaq.

“Qarabağ” üçün də qələbə vacibdir. Çünki dünən “Araz-Naxçıvan”ın “Kəpəz”i məğlub etməsindən sonra Qurban Qurbanovun komandası turnir cədvəlində ikinci pilləyə düşüb.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Zirə”ni qəbul edəcək.

Premyer Liqa

14-cü tur

23 noyabr (şənbə)

17:00. “Səbail” - “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov
“ASCO Arena”

19:00. “Neftçi” - “Zirə”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev
“Neftçi Arena”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью