Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Səbail” futbol klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin nümayəndələri stadionun ot örtüyünə və drenaj sisteminə baxış keçiriblər.
İdman.Biz-ə klubun mətbuat xidmətindən verilən məlumata görə, şirkətin mütəxəssisi Daniel Veyler bölgənin iqlim şəraitini, həmçinin əsas komandanın və akademiyanın bütün yaş qruplarının burada məşq edəcəyini nəzərə alaraq təkliflərini təqdim edib. O, stadionda son nəsil süni ot örtüyünün salınmasını məqsədəuyğun hesab edib.
Almaniya şirkəti işlərin yüksək keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verib.
Qeyd edək ki, “Polytan” FIFA-nın rəsmi texniki tərəfdaşıdır və qurumun Keyfiyyət Proqramı çərçivəsində “FIFA Preferred Provider” statusuna malikdir. Şirkətin istehsal etdiyi “LigaTurf” seriyalı süni ot örtükləri “FIFA Quality” və “FIFA Quality Pro” sertifikatlarına layiq görülüb və beynəlxalq rəsmi yarışların keçirilməsi üçün təsdiqlənib.