Səbail Rayon İcra Hakimiyyəti qazinin obyektini uçurdu VİDEO

16.07.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi qazisi Məmmədov Röyal İsgəndər oğlu Səbail Rayon İcra Hakimiyyətindən şikayətçidir.

"Unikal"ın məlumatına görə, R.Məmmədov bildirib ki, o, Şıxov çimərliyində istirahət mərkəzi yaradıb:

"Buraya kreditlə 50 min manat vəsait qoyulub. Obyekt 1 ay idi ki, fəaliyyət göstərirdi. Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları isə bu gün səhər saatlarında heç bir xəbər vermədən gəlib obyekti dağıdıblar", - deyə şikayətçi qeyd edib.

Murad İbrahimli



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью