Səbail rayonunda yanğın başlayıb

12.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.

Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Salyan şosesi istiqamətində baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью