Səbail Ruanda millisinin hücumçusunu sıralarına cəlb etdi RƏSMİ

07.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

“Səbail” Ruanda millisinin hücumçusunu heyətinə qatıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İnnosent Nşuti ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Nşuti Ruanda millisinin heyətində 10 matça çıxaraq 2 qol vurub.

Qeyd edək ki, “Səbail” bundan öncə dövrələrarası fasilədə Marko Nikoliç və Mirabdulla Abbasovun keçidini həll edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью