“Səbail” sabiq futbolçusunu transfer edib

04.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Səbail” komandası heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Şamaxı”dan ayrılmış İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2022/2023-cü illər mövsümündə də “Səbail”də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 13 oyunda forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью