Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
“Səbail” komandası heyətinə yeni futbolçu cəlb edib.
Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “Şamaxı”dan ayrılmış İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2022/2023-cü illər mövsümündə də “Səbail”də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 13 oyunda forma geyinib.