“Səbail” “Sakaryaspor” oyununda kütləvi dava olub

20.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub

Türkiyənin Bolu şəhərində “Səbail”lə “Sakaryaspor” arasında keçirilən yoxlama oyununda kütləvi dava baş verib.

QOL.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçın sonlarında tərəflər arasında gərginlik yaranıb.

Əvvəlcə üç futbolçunun iştirak etdiyi mübahisə daha sonra kütləvi davaya çevrilib. Hadisəyə polis müdaxilə edib.

Türkiyənin “Medyabar” saytının iddiasına görə, hadisəyə “Səbail” futbolçusunun sərt müdaxiləsi səbəb olub. Tərəflər arasında fiziki qarşıdurma ilə yanaşı, sözlü mübahisə də yaşanıb.

Qeyd edək ki, “Səbail” Azərbaycan I Liqasında, “Sakaryaspor” isə Türkiyənin II Liqasında mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью