Səbail” “Sakaryaspor”la qarşılaşır

19.08.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Növbəti mövsümün hazırlığını Türkiyədə davam etdirən 1-ci Liqa təmsilçisi “Səbail” bu gün Boluda növbəti yoxlama oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Elnur Abdullayevin baş məşqçisi olduğu komanda Türkiyə təmsilçisi “Sakaryaspor”la qarşılaşacaq.

Oyun yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.  

Qeyd edək ki, “Səbail” qardaş ölkədəki ilk yoxlama oyununda Şimali Kipr Türk Respublikası komandası TOL-u məğlub edib. “Bolu Termal Hotel”in stadionunda baş tutan qarşılaşmada 1:0 hesablı qələbə qazanan "dənizçilər"in yeganə qolunu Rubin Seyidov vurub.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью