“Səbail” “Turan Tovuz”a, “Sabah” “Kəpəz”ə qarşı

09.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha 2 matç baş tutacaq.

Əvvəlcə “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Görüş 17:00-da başlayacaq.

Turun digər qarşılaşmasında “Sabah” “Kəpəz”i sınağa çəkəcək. Matç 19:30-da start götürəcək.

17:00. “Səbail” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov

“ASCO Arena”

19:30. “Sabah” - “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov

“Bank Respublika Arena”

Xatırladaq ki, turun ilk oyununda - “Neftçi” - “Şamaxı” matçında qalib müəyyənləşməyib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью