Səbail “Turan Tovuz”la heçheçə etdi

09.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir.

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilir. 

Əvvəlcə 9-cu pillədəki “Səbail” 3-cü yerdə qərarlaşan "Turan Tovuz”u qəbul edir. 

Bu komandalar arasında 1-ci dövrənin matçında Tovuz klubu qələbə qazanıb - 1:0.

“Səbail” son 3 turda xalsız qalıb. Ardıcıl məğlubiyyətlər Şahin Diniyevin baş məşqçi vəzifəsindən istefa verməsi ilə nəticələnib. Komandanı bu görüşə Elvin Məmmədov çıxarır. 

Qeyd edək ki, günün digər oyununda “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. 

9 noyabr

17:00. “Səbail” – “Turan Tovuz” - 1:1

Qol: Rüfət Abdullazadə, 40 (1:0), Faiq Hacıyev, 87 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov
"ASCO Arena"

19:30. “Sabah” - “Kəpəz”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
"Bank Respublika Arena"

10 noyabr

16:00. “Araz-Naxçıvan” - “Sumqayıt”

19:00. “Qarabağ” – “Zirə”

8 noyabr

“Neftçi” - “Şamaxı” - 2:2 

N Klublar O Q H M T-F X 1 Qarabağ 11 9 1 1 28-6 28 2 Araz-Naxçıvan 12 8 3 1 15-10 27 3 Turan Tovuz 12 7 4 1 18-9 25 4 Zirə  12 6 2 4 18-9 20 5 Sabah 12 4 5 3 20-17 17 6 Sumqayıt 12 4 1 7 10-15 13 7 Şamaxı 12 3 4 5 10-15 13 8 Neftçi 13 1 7 5 11-19 10 9 Səbail 12 2 1 9 15-22 7 10 Kəpəz 12 2 0 10 8-31 6

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 6 qol
Felipe Santos ("Araz-Naxçıvan") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью