“Səbail” “Turan Tovuz”la heçheçə etdi

09.11.2024

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

Sfera.az xəbər verir ki, “Səbail” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.

“ASCO Arena”da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar isə final fitinə 4 dəqiqə qalmış Faiq Hacıyevin qolu ilə məğlubiyyətdən xilas ola biliblər.

Qeyd edək ki, turnir cədvəlində “Turan Tovuz” 26 xalla üçüncü, “Səbail” 8 xalla doqquzuncu sırada qərarlaşıb.

Premyer Liqası
XIII tur
9 noyabr

“Səbail” – “Turan Tovuz” 1:1

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью