“Səbail” “Turan Tovuz”u qəbul edir YENİLƏNİR

05.04.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 29-cu tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk gündə 1 oyun keçiriləcək. Turun açılış matçında “Səbail” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. 

Hazırda 43 xala malik Tovuz klubu 4-cü yerdədir. 19 xalı olan paytaxt təmsilçisi isə sonuncu – 10-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun digər görüşləri aprelin 6 və 7-də keçiriləcək.

5 aprel (şənbə)

17:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər:
 Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью