sport24.az saytına istinadən Icma.az xəbər verir.
2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən "Səbail" qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda sabah yerli saatla 17:00-da (Bakı vaxtı ilə 18:00) Türkiyə təmsilçisi "Sakaryaspor"la qarşılaşacaq.
"Səbail" bundan əvvəl Boluda Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubuna qalib gəlib – 1:0.