Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq. Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
Misli Premyer Liqası təmsilçilərindən "Səbail" “Qaradağ Lökbatan”la, “Araz-Naxçıvan” "Mingəçevir"lə qarşılaşacaq.
"Turan Tovuz" və "Sabah" isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün üz-üzə gələcək. Azərbaycan Kuboku 1/8 final 3 dekabr 15:00.
“Qaradağ Lökbatan” – “Səbail” 0:2 Qollar: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62 Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Tural Qurbanov. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Feyzulla Feyzullayev. "ASCO Arena" 16:00.
“Araz-Naxçıvan” – “Mingəçevir” 3:1 Qollar: Ülvi İsgəndərov, 5, Bernardo Dias, 21, Sezar Meza Kolli, 66 - Elmin Bayramov, 80 Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev. "Liv Bona Dea Arena" 18:00. “Turan Tovuz” – “Sabah” 1:1 (Fasilə) Qollar: Aleks Souza, 28 - Con İrasabal, 45+2