“Səbail” yeni baş məşqçisini tapdı açıqlama bu səbəbdən yubanır İdmanXəbər

06.11.2024

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Səbail” klububun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik komandanı Cavid Hüseynova tapşırıb. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. Rəhbərlik mütəxəssislə gələn mövsümün sonuna qədər müqavilə bağlamaq niyyətindədi.

Hüseynovla razılıq əldə olunsa da, komandanı “Turan Tovuz” görüşünə əvəzedicilərin məşqçisi Elvin Məmmədov çıxaracaq. Buna səbəb Cavid Hüseynovun ilk oyununu Tovuz klubuna qarşı keçirmək istəməməsidi.

Yeni baş məşqçisini köməkçiləridən biri də Elvin Məmmədovun olacağı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью