Səbail , yoxsa Mingəçevir?

22.05.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün I Liqada sonuncu - 27-ci turunda ikinci yerin sahibi müəyyənləşir.  Sport24.az xəbər verir ki, "Mingəçevir" öz meydanında "Səbail"i qonaq edir.

Qeyd edək ki, birinci liqada "gümüş" qazanan kollektiv Misli Premyer Liqasında mövsümü 11-ci pillədə başa vuran "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

Hazırda isə "Səbail" 50 xalla 2-ci, "Mingəçevir" 48 xalla 3-cüdür. Bu görüşdə "Səbail"ə heç-heçə də sərf edir, "Mingəçevir" isə mütləq qalib gəlməlidir.

Qeyd edək ki, saat 17:00-da başlayacaq oyunda ədaləti FİFA referisi Elçin Məsiyev qoruyacaq.

17:00."Mingəçevir" – "Səbail"
Baş hakim: 
Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью