“Səbail” zəiflərin güclüsü

04.11.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023/24 mövsümü başlayanda Şahin Diniyev demişdi ki, minimum 6-cı yeri tutmağa çalışacağıq. Maksimumun nə olduğunu bildirməyən təcrübəli mütəxəssis indi turnir cədvəlinə baxıb köks ötürür: 7-ci yer – minimumun da öhdəsindən gələ bilmədik.

Bəlkə də heç köks ötürmür. Bəlkə də deyir, nə yaxşı oldu Premyer Liqanı tərk eləmədik.

“Səbail” mövsümün məşqçi dəyişikliyi üzrə rekordçusu “Kəpəz”i, ciddiyətini sürətlə itirən “Araz-Naxçıvan”ı və Liqanı tərk edən “Qəbələni üstələyə bildi.

Nə var ki belə klub olmağa.

Kuluarlarda dolaşan xəbərlərə görə 8 milyon büdcə ilə mövsümə başlamışdılar. Bu, təkzib olunmayıb.

Bu maliyyə ilə 7-ci pilləni tutmaq, harasından baxsan, çox asan görünür.

Nə normal ortababsan, nə favorit, nə də autsayder. Elə yeddi yer kimi bir şey.

Nə akademiyanla öyünürsən, nə infrastruktur və s. və s.

Klubsan da özünçün. Məsələn, “Turan Tovuz”un yaxın gələcək üçün açıq hədəfləri, yaxşı ictimai fəaliyyəti, ortabablardan sayılan “Sumqayıt”ın yüksəlişi, “Araz Naxçıvanın isə heç olmasa, məzəli obrazı da var. “Səbail”in bunlardan heç biri…

Premyer Liqada öz mənasızlığı ilə fərqlənən quru bir klub. Əcəb klubdur…

Kamil Əhməd

Araşdırma, Əsas xəbərlər, Premyer liqa Tovuzda iki fərqli oyun

4 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, P.S. Diniyevdən istefa mədəniyyəti – “Səbail” enişdən qurtulacaq?

4 Noyabr 2024, 8:09

Əsas xəbərlər, Premyer liqa “Təki belə nəticəli oyunumuz çox olsun”

3 Noyabr 2024, 18:46

Əsas xəbərlər, Ölkə futbolu Şahin Diniyev istefa verdi

3 Noyabr 2024, 18:22

Əsas xəbərlər, Premyer liqa “Kəpəz” – “Səbail”: heyətlər bilindi

3 Noyabr 2024, 15:09

Əsas xəbərlər, Premyer liqa Tovuzda autsayderlərin dueli, “Sabah” qələbə axtarışında

3 Noyabr 2024, 13:15

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью