“Səbail”də 4 yeni legioner

09.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Səbail” 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, Bakı klubu 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. O, yeni mövsümdə “Səbail”in heyətində 99 nömrəli forma ilə çıxış edəcək.

Paytaxt təmsilçisinin digər yeni transferi Portuqaliyanın “Braqa” klubunun yetirməsi Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində 79 oyuna çıxıb və 15 qol vurub. O, “Səbail”də 9 nömrəli formanı geyinəcək.

“Səbail” daha bir hücumçunu heyətinə qatıb. Son olaraq Lüksemburqun “Düdelanj” klubunda çıxış etmiş 26 yaşlı Aldo Josue Qomes Soares (Dinho) ilə də müqavilə imzalanıb. O, ötən mövsüm “Düdelanj”ın heyətində 22 oyunda 7 qol vurub. Futbolçu yeni komandasında 80 nömrəli forma ilə çıxış edəcək.

Bakı klubunun digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirən 23 yaşlı Peter Agblevordur. Onunla 1+1 illik müqavilə imzalanıb. Agblevor yeni mövsümdə “Səbail”in heyətində 22 nömrəli formanı geyinəcək.

Nəriman Axundzadə Türkiyə klubunda - RƏSMİ "Səbail"in yeni İdarə Heyətinin təqdimatı keçirildi “Sumqayıt”dan qolsuz bərabərlik “Şimal”da yeni sponsor - MÜQAVİLƏ İMZALANDI Vernidub “Neftçi”nin uğursuzluğundan danışdı – “Məsuliyyət tamamilə mənim üzərimdədir”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью