Səbaildə Hyundai ilə avtoşluq edən sürücü tutuldu 49BG650

16.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

"Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin  qərarına əsasən E.Şərifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью