Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi son olaraq Albaniyanın “Elbasani” klubunun formasını geyinmiş Samuel Nongohla müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kamerunlu vinger daha əvvəl Türkiyədə “Adana Demirspor”, Ukraynada “Veres”, Xorvatiyada “Slaven”də çıxış edib.
“Səbail” I Liqada 3 turdan sonra 7 xalla 3-cü sıradadır.