Səbaildə mart ayında qazılan küçə hələ də bərpa olunmur Sakinlərdən ŞİKAYƏT VİDEO

10.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan sakinlər şikayətçidirlər.

Baku TV-nin məlumatına görə, onlar bildirirlər ki, mart ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xanlar küçəsi, 26 ünvanında kanalizasiya çəkilməsi məqsədilə qazıntı işləri aparılıb, lakin bərpa olunmayıb.

Sakinlərin sözlərinə görə, onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью