Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Səbail rayonunda açıq ərazidə yanğın baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Vətəndaşların sözlərinə görə, yanğın bu gün səhər saat 09 radələrində başlayıb və hələ də söndürülməyib.
İddia olunur ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur. Bu isə yanğının miqyasını daha da artırır.
Qeyd edilib ki, yolun yararsız vəziyyətdə olması və əvvəllər baş vermiş uçqun nəticəsində avtomobil yolu bağlandığından FHN-in yanğınsöndürmə texnikası hadisə yerinə çatmaqda çətinlik çəkir.