“Səbail”də son durum

29.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Səbail” Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünü sonuncu bitirib. Komanda yeni mövsümdən I Liqada mübarizə aparmalıdır.

Bir müddətdir, kuluarlarda klubun fəaliyyətini dayandıracağı ilə bağlı iddialar səslənir. “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “FutbolPress“ə açıqlamasında xəbərlərin həqiqəti əks etdirmədiyini söylədi:

“Mövsüm yeni bitib. Yaxın zamanda klubda toplantı olacaq və planlar müzakirə ediləcək. “Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq və elitaya qayıtmaq üçün yarışacaq. I Liqada mövsüm Premyer Liqaya nisbətən gec başlanıldığı üçün hələ görüş olmayıb”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью