“Səbail”də təqdimat mərasimi

07.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün “Hilton” mehmanxanasında “Səbail” PFK-nın yenilənmiş İdarə Heyətinin təqdimat mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarət yeni rəhbərlik ictimaiyyətə təqdim olunub. Mərasimdə klubun strateji inkişaf planları, 2026/27 mövsümü üçün hədəflər, infrastrukturun yenilənməsi, sosial layihələr, eləcə də uşaq və qadın futbolunun inkişafı proqramları barədə ətraflı məlumat verilib.

Klubun prezidenti Mirzə Bayrampur çıxışında idman nəticələri ilə yanaşı, peşəkar idarəetmə və infrastruktur formalaşdırmağı əsas məqsəd seçdiklərini bildirib. İdarə Heyətinin üzvü Amin Məmmədov isə modern idarəetmə prinsipləri ilə “Səbail”i daha güclü və dayanıqlı kluba çevirmək niyyətində olduqlarını vurğulayıb. Tədbirə qatılan sponsor şirkətlərin nümayəndələri də əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək ölkə futbolunun inkişafına töhfə vermək istədiklərini diqqətə çatdırıblar.

Təqdimat çərçivəsində paytaxt təmsilçisinin 2026/27 mövsümü üçün nəzərdə tutulan yeni formaları nümayiş olunub.

Daha sonra “Səbail” heyətə cəlb etdiyi 5 yeni əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb. Bunlar qanalı Peter Aqblevor və Ezekiel Morqan, portuqaliyalı Yan Said və Aldo Josue Qomes Soares, eləcə də braziliyalı Felipe Hulkdur.

Mərasim media nümayəndələri üçün təşkil olunan brifinqlə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью