“Səbail”dən AFFA ya şikayət maaşları verilmir

20.08.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024/25 mövsümünün nəticələrinə görə Azərbaycan Premyer Liqasının sonuncusu olan “Səbail” I Liqaya düşmüşdü. Bundan sonra klubun davam edib-etməyəcəyi müzakirə olunurdu.

Son məlumatlara görə, “Səbail”in sponsoru I Liqada iştirak üçün müəyyən məbləğ ayıracaq.

Ancaq ötən mövsümə görə klubda yaranan problemlər həll edilmir.

FutbolPress.az”ın əldə etdiyi məlumata görə 3 ayın maaşı ödənilməyib.

Məsələnin nə vaxt həll ediləcəyi açıqlanmır, bu səbəbdən qapıçı Əlirza Müştəbəzadə, Nihat Quliyev və bir neçə futbolçu AFFA-ya klubdan şikayət edib.

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью