“Səbail”dən ayrılan Səbayıl Bağırov “Ozgon”a keçdi

04.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Qırğızıstanın “Ozgon” futbol klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Səbail”lə müqaviləsi başa çatan müdafiəçi Səbayıl Bağırov karyerasını Asiya təmsilçisində davam etdirəcək.

Bununla da “Ozgon”da çıxış edən azərbaycanlı futbolçuların sayı dördə yüksəlib. Hazırda Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov Qırğızıstan klubunun formasını geyinir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью