“Səbail”i elitada saxlamağa çalışacaq

17.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Səbail”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Elvin Məmmədova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məmmədovla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. O, bu postda dünən istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.

Məmmədov daha öncə Hüseynovun köməkçisi idi.

“Səbail” Premyer Liqada 18 xalla turnir cədvəlinin sonuncu  – 10-cu sırasındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью