Səbaili müvəqqəti ona tapşırdılar

05.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqanın XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra istefa verən Şahin Diniyevi kimin əvəzləyəcəyi hələ dəqiqləşməyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, yeni çalışdırıcının təyinatınadək "dənizçilər"i məşqə çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib.

Kluybun U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov kollektivi növbəti matça hazırlayacaq.

Yeri gəlmişkən onu da bildirək ki, Cavid Hüseynov "dənizçilər"in "sükanı arxasına" keçəcəyi halda Məmmədov onun köməkçisi olacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью