“Səbail”in də proqramı bilindi

28.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Səbail”in 2024-2025-ci illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaqlar. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq.

Komanda hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də gerçəkləşəcək.

Məlumatda bildirilib ki, görüşün məkanı və saatı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью