Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Premyer Liqanı tərk edən “Səbail”də futbolçuların böyük qismi klubu tərk edəcək.
Futbolpress.az-ın məlumatına görə, komandanın əsas üzvlərindən Rüfət Abdullazadə yolçular arasında ön sıradadır. 24 yaşlı futbolçu “Qəbələ”nin diqqət mərkəzindədir.
“Səbail”in elitanı tərk etməsinə görə klubdan ayrılmağa qərar verən Abdullazadə yenidən Premyer Liqada oynamaq istəyir və o, “Qəbələ”nin təklifinə müsbət yanaşır.
Rüfət daha öncə “Sumqayıt”da çıxış edib. “Kimyaçılar”ın yetirməsi olan vinger 2023-cü ilin yayından “Səbail”də çıxış edirdi. O, bu mövsüm çempionatda 32 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə edib.
Şahin Cəfərov