“Səbail”in hazırlıq proqramı

28.12.2024

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Səbail”in 2024-25-ci illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər” mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaqlar. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq. Komanda hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də gerçəkləşəcək.
Məlumatda bildirilib ki, görüşün məkanı və saatı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью