Səbailin hücumçusu düşərgəni tərk etdi

12.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Səbail"in futbolçusu əməliyyat olunacaq. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər"in oyunçusu Ayman Bouali bu gün İstanbula yola düşəcək.

Topuq nahiyyəsindən zədələnən mərakeşli hücumçu sabah qardaş ölkədə cərrah qarşısında uzanacaq. Onun ilin sonunadək meydana çıxmayacağı artıq dəqiqləşib.

Qeyd edək ki, Bouali ötən yay paytaxt təmsilçisi ilə müqavilə bağlayan futbolçu cari mövsümdə Premyer Liqada 10 oyunda meydana çıxıb. 25 yaşlı hücumçusunun aktivində 2 qol və 4 məhsuldar ötürmə var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью