sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Səbail"in icraçı direktoru Firuz Abdullanın Sport24.az-a müsahibəsi- "Səbail" beş turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb.
Komandanın çıxışından razısınız? - Qeyd etdiyiniz kimi, 13 xalla 2-ci pillədə qərarlaşmışıq.
Görülən işin keyfiyyətinə yalnız rəqəmlərlə qiymət verilməsinin heç də həmişə tərəfdarı olmasam da, müəyyən məqamlarda bu qaçılmazdır.
Komandanın çıxışını qənaətbəxş qiymətləndirmək olar. Amma daha yaxşısını əldə edə bilərik.
Komandanın bunun üçün potensialı var.- Neçə illik Premyer Liqa təcrübəsindən sonra aşağı dəstədə mübarizə aparırsınız.
Nə kimi fərqlər hiss edirsiniz? - Söhbət birbaşa məndən gedirsə, Birinci liqada ikinci mövsümü keçirirəm.
"Səbail"yeni təsis olunduğu dövrdə Birinci liqada çıxış edərkən də klubda təmsil olunurdum.