“Səbail”in məşqçi və futbolçu heyəti üçün seminar keçirilib

19.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Səbail” klubunun əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir milli assosiasiyanın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə “ASCO Arena”nın inzibati binasında baş tutub.

Seminarda komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью