Səbailin qol orucu davam edir

23.12.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Ən uzun qol həsrəti yaşayan komandalar açıqlanıb. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasının autsayderi "Səbail" uğursuzlar sırasında yer alıb.

Paytaxt təmsilçisi 5 oyundur qol vura bilmir. Noyabrın 9-da "Turan Tovuz"la heç-heçə edən paytaxt təmsilçisi həmin 1:1 hesablı bərabərlikdən sonra rəqib qapılarına "açar" tapa bilmir.

"Qarabağ"a üç, "Sabah"a bir, "Araz-Naxçıvan"a iki qol buraxaraq uduzan "dənizçilər" "Şamaxı" ilə heç-heçə etsə də, 2024-cü ilin son turunda "Zirə"yə minimal hesabla uduzub. Bütün bu görüşlərdə də bakılılar qola həsrət qalıblar.

Qeyd edək ki, "Səbail" XIX turda "Sumqayıt"la qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью