futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Boluda təlim-məşq toplanışında olan “Səbail” “Sakaryaspor”la yoxlama oyununda üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, gərginliyi ilə diqqət çəkən matçın son dəqiqələrində futbolçular arasında dava düşüb.
“Səbail”in oyunçusunun kobud müdaxiləsindən sonra yerdə qalan türkiyəli futbolçu rəqibinə qarşı sərt ifadələr işlədib. Bundan sonra tərəflər arasında mübahisə böyüyüb. Məşqçilər korpusunun da müdaxiləsindən sonra ara sakitləşib.
“Səbail” – “Sakaryaspor” matçı bərabərliklə başa çatıb – 1:1.