Səbailin yubiley qolu

05.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. 2:0 hesabı ilə qalib gələn “Səbail”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.

Qeyd edək ki, turnirdə debütü 2016/17 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью