Sebalyos dözmədi Realı bu kluba dəyişir

18.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Real Madrid"in yarımmüdafiəçisi Dani Sebalyos klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario AS" yayıb. 

Mənbənin məlumatına görə, bu mövsüm oyun təcrübəsinin azlığından əziyyət çəkən 28 yaşlı futbolçunun gedişi aktuallaşıb. Yarımmüdafiəçinin yenidən "Betis"ə qayıtmaq imkanı var. 

Dani Sebalyos bu mövsüm "Kral klubu"nun heyətində 6 oyununda meydana çıxıb. Futbolçu yalnız bir dəfə - məhz "Betis"lə matçda (2:0) start heyətində yer alıb. "Transfermarkt" ispaniyalının transfer dəyərini 4 milyon avro qiymətləndirir. Yarımmüdafiəçinin "Real"la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью