Sebastian Miqne: Azərbaycan millisi yaxşı rəqibdir

21.03.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Sabah keçiriləcək Azərbaycan - Haiti matçından öncə qonaqların baş məşqçisi Sebastian Miqnenin mətbuat konfransı keçirilib.

"Gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq".

- Rəqiblə tanışsız?
- Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.

- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiz?
- Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm.

- Zədəli futbolçularınız var?
- Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər.

Qyoko Haciyevski : “Neftçi”nin adı Azərbaycan futbolunda böyük addır" Yığmamızdan böyükhesablı məğlubiyyət Millimiz yenə qələbə qazana bilmədi Yarımfinal mərhələsinin cavab matçlarının tarixi bəlli oldu “Qarabağ” – “Neftçi” görüşünün vaxtı açıqlanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью