Sebastyen Minye: Haiti yığması tarix yazdı

23.03.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Komandanın oyunundan razı qaldım".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Haiti millisinin baş məşqçisi Sebastyen Minye Azərbaycan yığması ilə keçirilən yoldaşlıq matçından sonra təşkil olunan mətbuat konfransında deyib.

Franslı mütəxəssis komandasının 3:0 hesablı qələbəsini dəyərləndirib: "Çətin olacağını gözləyirdim. Ancaq bu bizim ardıcıl 9-cu qələbəmizdir. Haiti yığması tarix yazdı. Yaxşı səviyyəli komandaya qarşı çıxış etdik".

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью