Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 10-da, paytaxtın Moskva prospektində qeydə alınıb.
Belə ki, 20-EV-374 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edərkən qəfil sol zolağa manevr edib. Bu zaman o, sol zolaqdakı avtomobili sıxışdıraraq qəza şəraiti yaradıb.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qayda pozan sürücüyə irad bildirmək üçün onun yanına yaxınlaşdıqda, qarşı tərəf əl-qol hərəkətləri ilə aqressiv reaksiya verib və yoluna davam edib.
Fərid