Şəbəkələrin 60 faizinə qədərinin tam yenidən qurulmasına ehtiyac var Ramil Yusifov

03.03.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb. Bu göstəricilər dünyanın ən qabaqcıl ölkələrinin nəticələri səviyyəsinə çatdırılmaqdadır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov deyib.

"Nəzərə alınmalıdır ki, şəbəkələrin 60 faizinə qədərinin tam yenidən qurulmasına ehtiyac var. Regionlarda olan şəbəkələrimizin əsas hissəsi ötən əsrin 50-60-cı illərində qurulub", - deyə sədr müavini bildirib.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью