Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Son illərdə müəyyən layihələr həyata keçirilib və nəticədə nəqliyyatın hərəkət sürətində artım müşahidə olunub. Lakin avtobus və mikromobillik zolaqlarının şəbəkəsini genişləndirməklə yanaşı, onların arasında mövcud olan kəsintiləri aradan qaldırmaq və şəbəkənin bütövlüyünü təmin etmək lazımdır".
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib. Ekspert vurğulayıb ki, bu zolaqların digər hərəkət növləri ilə kəsişdiyi hissələrdə isə işıqforla tənzimlənən piyada keçidlərinin sayının artırılması vacibdir.
Bu tədbirlər nəqliyyat sıxlığını birbaşa aradan qaldırmasa da, onu daha idarəolunan səviyyəyə gətirə bilər. Eyni zamanda insanların nəqliyyat vərdişləri də zamanla dəyişəcək və əvvəlki illərdə formalaşmış davranışlar yeni reallığa uyğunlaşacaq.
Sevinc Qarayeva