Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək

25.12.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində müraciət edən şəxsləri qəbul edəcək.

Axar.az xəbər verir ki, qəbul Ombudsmanın Şimal Regional Mərkəzində saat 10:00-da (Quba şəhəri, Yusif Qasımov küçəsi 68 ünvanında) keçiriləcək. Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью