Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır KONKRET

22.10.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, S.Əliyevanın səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitəcək. Bu tarixə bir neçə ay qalmış prosesə start verilir, namizəd kadrlar müəyyənləşir. Gələn il Ombudsman Aparatında köklü kadr dəyişikliyi gözlənilir.

Qeyd: Səbinə Əliyeva ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Ombudsman seçilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun müvəkkilin səlahiyyət müddəti barədə 4-cü maddəsinin 1-ci bəndinə əsasən isə, müvəkkil 7 il müddətinə seçilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью