Səbinə Salmanova dünyasını dəyişdi FOTO

17.07.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakı Dövlət Universitetinin böyük laborantı vəfat etdiBakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı vəfat edib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, fakültənin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova dünyasını dəyişib.

Qeyd edək ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının "Ümumi psixologiya" ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью