Səbinə Salmanova vəfat etdi

17.07.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova vəfat edib.

Bakupst.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью