Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə belə yazmışdım”

18.08.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Səbinə Babayeva 24 il əvvəl yazdığı və hitə çevrilən “Röya kimi” mahnısının tarixçəsindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində söhbət açıb.

“Bu mahnını yazanda heç studiyaya getmək istəmirdim. 39 dərəcə qızdırmam var idi. İstanbulda idim, heç bilmirdim nə deyirlər, nə istəyirlər. Bu mahnını elə-belə yazmışdım. Bəstənin əvvəlcədən hitə çevriləcəyini bilmək olmur, bu, bir lotereyadır” deyə, Səbinə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью