Səbinəyə qarşı dələduzluq edən məşhur kimdir?

30.04.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Afaqla 10lar" verilişində danışıb. Həmin şəxsin adını çəkməyən Səbinə adamla işbirliyi olduğunu, onun adından məclislərdən pul aldığını deyib:

"Həmin şəxs indiyənə qədər də şou-biznesdə çalışır. Ulduzlarımızı aldadır. Pulla bağlı problemləri olur. Həmin adamın xasiyyətini bilmirdim, onu özümlə aparmışdım. Gedib restoranlardan birində konsert danışıb, behi götürüb özünə. Bir gün həmin restorandan mənə zəng edirlər ki, 3 gün sonra burada solo konsertlə çıxırsınız. Filan adama beh vermişik. Şokda idim. Ondan sonra bizim yollarımız ayrılıb. Amma həmin adam hələ də şou-biznesdə çalışır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью